Məşhur xanım gecə yarısı plajda görüntüləndi - FOTOLAR

Məşhur xanım gecə yarısı plajda görüntüləndi - FOTOLAR

ABŞ-ın televiziya ulduzu kimi tanınan Kim Kardaşyan geyim şirkəti "Skims"in çimərlik geyimlərinin reklamı üçün gecə saatlarında dənizə girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar Kanye Uestin paylaşımları və onu hədəf alan mesajları ilə gündəmə gələn televiziya ulduzu Kim Kardaşyan həm şəxsi həyatı, həm də sosial media paylaşımları ilə adından söz etdirməyə davam edir.

4 övladının atası olan reper Kanye Uest ilə 8 illik evliliyini bitirdikdən sonra Pit Devidsonla yeni eşq yaşayan məşhur bu yaxınlarda ən çox danışılan paylaşımlarına bir yenisini əlavə edib. 41 yaşlı Kardaşyan öz brendinin təqdimat mərasimində göründükdən sonra gecə yarısı yeni dizaynlar geyinərək sahilə enib. 294 milyon izləyicisi olan "İnstaqram" hesabında dəri rəngli çimərlik geyimində çəkilmiş pozaları bir-birinin ardınca yayımlayan Kardaşyan qısa müddətdə 2 milyondan çox bəyənmə, 9 mindən çox şərh toplayıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə