Rusiyada son sutka ərzində daha 26 826 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. SİA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 664 621 nəfərə çatıb.
Son sutka ərzində daha 429 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 365 802 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB