Uşaq gölə düşərək həyatını itirdi

Uşaq gölə düşərək həyatını itirdi

7 yaşlı türkiyəli Eymen Talha Yıldırım suvarma gölünə düşərək dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ötən gün, axşam saatlarında baş verib. Eymen Talha Yıldırım dostları ilə oynayarkən müvazinətini itirərək suvarma gölünə düşüb. Yaxınları tərəfindən sudan çıxarılan Eymen hadisə yerinə çağırılan həkimlər tərəfindən xəstəxaya aparılıb. Müalicə olunan Eymen həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə