Cem Belevi ilə münasibətinə ikinci şans verən İrem Derici sevgilisi ilə Hollandiyaya gedib. Amsterdama gedən məşhur cütlük İrem Derici və Cem Belevi tətil kadrlarını izləyiciləri ilə paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən aylarda ayrılan, lakin Cem Belevinin təkidi ilə yenidən bir araya gələn İrem Derici cütlüyünün sevgisi səngimədən davam edir. Sosial mediadan aktiv istifadə edən aparıcı adlardan İrem Derici Amsterdamda Cem Belevi ilə çəkdirdiyi fotoları paylaşıb. Yazılarda şən əhval-ruhiyyələri ilə diqqət çəkən İrem Derici və Cem Belevi Amsterdam küçələrində əl-ələ gəziblər.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB