ABŞ Rusiyanın qızıl ehtiyatını bloklamaq istəyir...

Əgər bu reallaşsa, deməli Rusiyanın “küməsi batacaq”...
ABŞ Rusiyanın qızıl ehtiyatını bloklamaq istəyir...

ABŞ senatorları Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı Rusiyanın qızıl ehtiyatlarının bloklanmasını təklif ediblər.

SİA xəbər verir ki, bu barədə “Axios” xəbər portalı məlumat yayıb. Portalın yazdığına görə, onlar qızıl ekvivalentində təxminən 132 milyard dolları bloklamaq istəyirlər.

“...Rusiyanın nəhəng qızıl ehtiyatları Putinin ölkə iqtisadiyyatını daha da aşağı düşməməsi üçün istifadə edə biləcəyi bir neçə aktivlərdən biridir. Bu ehtiyatlara sanksiya tətbiq etməklə biz Rusiyanı qlobal iqtisadiyyatdan daha da təcrid edə bilərik”.

Qeyd edək ki, portalda yer alan məlum yazıdakı bu fikirlərin müəllifi Men senatoru Anqus Kinqdir.

Dəyişikliklər qəbul olunarsa, Rusiya qızılı ilə əməliyyatlar aparan və onu Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatlarından daşıyan şirkətlər də ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Məhdudiyyətlər Rusiya Federasiyasında fiziki və ya elektron şəkildə qızıl satan təşkilatlara da təsir edəcək. Onu da qeyd edək ki, senatorlardan birinin sözlərinə görə, qanun layihəsi bu həftə qəbul oluna bilər.

Xatırladaq ki, bundan əvvəl qızılın qiyməti il ​​yarımda ilk dəfə artaraq unsiya üçün iki min dollara çatıb. Bu, 19 avqust 2020-ci ildən bəri ən yüksək səviyyədir. RBC-nin qeyd etdiyi kimi, qızılın qiyməti Ukraynadakı münaqişə ilə əlaqədar investorların risklərdən kütləvi şəkildə geri çəkilməsi fonunda bahalaşıb.

... Və gərək ki, Prezident Vladimir Putin fiziki şəxslər üçün qızıl külçələrinin alınmasında ƏDV-nin ləğvi haqqında qanun da imzalayıb.

Qeyd edək ki, “360” telekanalı xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov ruslara dollara deyil, qızıla investisiya qoymağı təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə