Ruslar Çernobaevka aerodromundan çıxarılıb?

Ruslar Çernobaevka aerodromundan çıxarılıb?

Yeni peyk görüntüləri Rusiya ordusunun Xerson yaxınlığındakı Çernobaevka aerodromundan təyyarələrinin böyük hissəsini geri çəkdiyini göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, şəkillər altı gün ərzində kosmik şirkət “Planet Labs” tərəfindən çəkilib. Bu barədə məlumatı “New York Times” yayıb.

Ehtimallara görə, bu, Rusiyanın bu istiqamətdəki hücumunun iflasa uğradığını göstərə bilər. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri artıq səkkizinci dəfədir ki, düşməni bu yaşayış məntəqəsində darmadağın edib. Lakin ruslar böyük itki hesabına da olsa texnikanı geri qaytarz iliblər.

Qeyd edək ki, Çernobaevka yaxınlığındakı aerodrom Rusiya işğalçı ordusu üçün strateji məntəqədir. Ruslar burada çoxlu texnika və resurslar cəmləşdirirlər, buna görə də onlar daim Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevrilirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə