Ukrayna prezidenti Vladimir Zelenski rus pilotlarına növbəti dəfə müraciət edib: "Mülki insanları öldürmək cinayətdir. Siz buna görə cavab verəcəksiniz".
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bu barədə ukraynalılara etdiyi növbəti videomüraciətində bildirib:
“…Silahlı Qüvvələrimiz bu gün bizi sevindirdi. Yenə Çernobaevka və yenə də işğalçıların məğlubiyyəti. Mariupol üzərində bombardmançı rus təyyarələri yenidən vuruldu”. Bunu ukraynalı prezident bildirib.
Bununla yanaşı, Zelenski “hansı əmri yerinə yetirdiklərini düşünməyən” rus pilotlarına növbəti dəfə müraciət edib. Önlara mülki insanları öldürməyin cinayət olduğunu bir daha xatırladıb.
Ukraynalı prezident rus pilotlarına törətdikləri cinayət əməllərinə görə, bu gün də olmasa, nə vaxtsa cavab verəcəklərini bildirib: “…Əsas odur ki, bu cəzanız qaçılmazdır”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB