Ruslar ən yeni laboratoriyanı dağıdıblar

Ruslar Çernobılda 6 milyon dollar dəyərində olan kompleksi məhv ediblər
Ruslar ən yeni laboratoriyanı dağıdıblar

"…Ruslar istisna zonasında dəyəri 6 milyon avro olan ən son laboratoriyanı talan edərək dağıdıblar”.

SİA “UNİAN”saytına istinad edərək bildirir ki, bu xəbəri Ukraynanın İstisna Zonasının İdarə Edilməsi üzrə Dövlət Agentliyi yayıb.

“Ruslar Çernobıldakı ən yeni Mərkəzi Analitik Laboratoriyanı talan edərək dağıdıblar. Bu laboratoriya radioaktiv tullantıların idarə olunmasının istənilən mərhələsində, kondisionerdən tutmuş utilizasiyaya qədər, eləcə də tədqiqat mərhələsində xidmət göstərə bilən güclü analitik imkanlara malik unikal bir kompleks idi”.

Bildirilir ki, radioaktiv tullantıların idarə olunması infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş bu layihə 2015-ci ildə uğurla həyata keçirilib.

Bu sahə ilə məşğul olan ukraynalı mütəxəssislərin dediyinə görə, məhv edilən kompleks Avropada analoqu olmayan, demək olar ki, 100 ədəd ən müasir dəyərli komplekslərdən olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə