Rus deputat bu dəfə Polşaya “xox” gəlir...

Rus deputat bu dəfə Polşaya “xox” gəlir...

“...Bu gün bizim rəhbərliyimizin konkret deməsinin vaxtı çatıb: sərhədlər var və əgər polyaklar başını ən azı on metr bura soxsalar...”.

Deməli, bu fikirləri Rusiya Federasiyası Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Vladimir Şamanov bəyan edib.

SİA “Ura.ru” saytına istinadən bildirir ki, rusiyalı deputat dumanın iclasında ...əgər “Polşa Rusiyanın Ukraynanı "dezinfeksiya" etmək üçün keçirdiyi xüsusi hərbi əməliyyatın gedişinə müdaxilə etsə, o halda cavabını alacaq” deyə bu dəfə polyaklara “yağlı bir xox” gəlib.

Deputatın sözlərinə görə, Rusiya xüsusi əməliyyatının yekun xətti Ukrayna və Polşa sərhədində baş tutacaq. Eyni zamanda, əgər Polşa ordusu xüsusi əməliyyatın gedişatına müdaxilə etmək qərarına gəlsə, o zaman o, “dizlərini Varşavaya qədər uzatmalı” olacaq.

...Yeri gəlmişkən , bu arada ABŞ prezidenti Cozef Bayden Moskvanın Ukraynaya müdaxiləsini beynəlxalq hüququn pozulması adlandıraraq, Rusiya hakimiyyətinin ABŞ-ın təhlükəsizlik problemini həll etmək üçün bütün cəhdlərini rədd etdiyinə işarə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə