...Deyim ki, əslində bu, adam ələ salmaqdır.
Beləliklə, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə respublikaya, yəni Qroznıya qaçmağı təklif edib(?).
SİA-nın məlumatına görə, bu barədə o, “Telegram”da yazıb.
“…Əgər həyatınızdan narahatsınızsa, onda mən Vladimir Vladimiroviçə (təbii ki, Putini nəzərdə tutur) müraciət etməyə hazıram ki, sizə Çeçenistan Respublikasında sığınacaq təklif etsin. Qorxma, üzünü xilas edəcəyik”.
Bunu yazan Kadırov Çeçenistana köçməyin daha bir “üstünlüyünü” də qeyd edir, yəni Zelenskiyə onu burada heç kəsin tapa bilməyəcəyinə də “zəmanət” verir.
Qeyd edək ki, Çeçenistan rəhbəri Kiyevdə parad keçirmək planlarından da danışıb(?). Onun sözlərinə görə, Rusiya qoşunlarının bütün cəbhələrdə uğurlarını və Çeçenistan hüquq-mühafizə orqanlarının nümayəndələrinin əməliyyata maddi töhfəsini nəzərə alsaq, buna ümid etmək olar.
Yeri gəlmişkən, Kadırov martın 20-də “ukraynalı millətçilər”in komandirlərindən müsadirə edilmiş “əsir generalın zirehli maşınına” minib gəzdiyini də bəyan edərək lovğalanıb.
Onun dediyinə görə, zirehli maşın lap təzədir: “Görünür, “Bandera generalı” yeraltı bunkerdə oturmağa üstünlük verib və tabeliyində olanlara avtomobildən təyinatı üzrə istifadə etməyə icazə verməyib”.
Bütün bunlarla yanaşı, Kadırov həmçinin zirehli maşını özü üçün çevirmək qərarına gəldiyini və “Uca Allahın köməyi ilə” bu maşını yaxın vaxtlarda Kiyevə sürəcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB