ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Dövlət Dumasının deputatlarına qarşı yeni sanksiyalar paketi hazırlayır.
SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşrin məlumatına görə, 300-dən çox deputat Amerika hakimiyyətinin məhdudlaşdırıcı tədbirləri altına düşə bilər. Cümə axşamı yeni məhdudlaşdırıcı tədbirlərin elan oluna biləcəyi güman edilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ və Avropa İttifaqının Baydenin Brüsselə gözlənilən səfərindən sonra Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edəcəyini və mövcud sanksiyaları daha da sərtləşdirəcəyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB