"Türkiyәnin göstәrdiyi sәylәri alqışlayırıq"

Ukrayna mәsәlәsi ilә bağlı...
"Türkiyәnin göstәrdiyi sәylәri alqışlayırıq"

İtaliyanın xarici işlәr naziri Luici Di Mario Türkiyәnin Rusiya ilә Ukrayna arasındakı müharibә ilә bağlı vasitәçilik sәylәrini dәstәklәdiklәrini bildirib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Luici Di Mario Avropa İttifaqına üzv ölkәlәrin xarici işlәr nazirlәri iclasından sonra jurnalistlәrә açıqlama verib.

Ukrayna mәsәlәsi başda olmaqla gündәmdәki aktual mövzuları qiymәtlәndirәn Luici Di Mario deyib: ‘‘Bir saat әvvәl türkiyәli hәmkarım Mövlud Çavuşoğlu ilә görüşdüm. Danışıqların gedişini müzakirә etdik. Biz İtalia olaraq Türkiyәnin Ukrayna ilә bağlı vasitәçiliyini dәstәklәyirik. Türkiyә yalnız NATO müttәfiqi deyil, bu mәrhәlәdә tәrәflәr arasında sülhün tamin olunması üçün ciddi sәylәr göstәrәn ölkәdir. Biz hazırda hamımız onların sәylәrini dәstәklәmәyә çalışırıq’’.

Bütün xəbərlər Facebook səhifəmizdə