Zelenski G7 ölkələrinin liderlərinə müraciət edəcək

Zelenski G7 ölkələrinin liderlərinə müraciət edəcək

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə görüşəcək G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukraynanın “1+1” telekanalının efirində Ukrayna liderinin mətbuat katibi Serqey Nikiforov bildirib.

Serqey Nikiforov deyib ki, Zelenski yenidən G7 liderlərinə hərbi yardım çağırışı ilə müraciət etmək niyyətindədir: “Bu, bir neçə yolla edilə bilər. Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq, ölkəni güclü hava hücumundan müdafiə və aviasiya ilə təmin etmək”, – Nikiforov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə