İranlı turistlər Türkiyənin Van şəhərinə axışır

İranlı turistlər Türkiyənin Van şəhərinə axışır

Novruz bayramını Türkiyədə keçirmək istəyən çox sayda iranlının seçimi Van şəhəri olub.
13 günlük tətil üçün Türkiyəyə gələn turistlər Vanı vilayətinin Saray qəsəbəsindəki Kapıköy sərhəd-keçid məntəqəsindən quru yolu ilə ölkəyə daxil olmağa davam edir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, otellərin dolu olduğu Vanda iranlı turistlər gündüzlər şəhərin turistik yerlərini gəzir, axşamlar isə alış-veriş edərək əyləncə məkanlarında vaxt keçirirlər.

Əsasən tekstil, kosmetika, zinət əşyaları və ayaqqabı alan turistlər rinoplastika və saç əkimi üçün də şəhərə üstünlük verirlər.

Turistlərin qalma müddətini uzatmaq məqsədi ilə hər il 15-29 mart tarixlərində Van Valiliyi və Böyükşəhər bələdiyyəsinin rəhbərliyi, qeyri-hökumət təşkilatları və biznesmenlərin dəstəyi ilə “Van Şopinq Festivalı” keçirilir.

İndiyədək 21 minə yaxın iranlı turist Novruz bayramı üçün Vana gəlib.

Bundan sonra da intensivliyin davam edəcəyi və ayın sonuna qədər bu rəqəmin 70 minə çatacağı güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə