“Ukrayna qələbəsini nə vaxt qeyd edəcək?”

“Ukrayna qələbəsini nə vaxt qeyd edəcək?”

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsinin rus işğalçıları üzərində nə vaxt qeyd qələbə çalacaqlarını bildirib.

SİA-nın məlumatına görə, o, bu barədə informasiya telemarafonunun efirində bildirib.

Beləliklə, müşavirin dediyinə görə, Ukrayna aprelin sonu - mayın əvvəlində ruslar üzərindəki qələbəni qeyd edəcək:

“... Düşünürəm ki, biz onları məğlub etdiyimizi və onların qırıldığını anlayanda belə bir ara qələbə olacaq”, - deyə Arestoviç bildirib.

Onun fikrincə, bəlkə də bu, hərbi əməliyyatların dayandırılması demək olmayacaq, amma hamıya aydın olacaq ki, bu, onların hərbi cəhdlərinin sonudur.

Yeri gəlmişkən, ötən gün səhər saatlarında Arestoviç Ukraynada rus işğalçıları ilə fəal döyüş əməliyyatlarının iki-üç həftəyə başa çatacağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə