“Belarus yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər”

“Belarus yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər”

NATO hesab edir ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər.

Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır: “Belarusun münaqişəyə qoşulma ehtimalı artır. Çünki Vladimir Putinin dəstəyə ehtiyacı var”.

Hərbi nümayəndənin sözlərinə görə, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar hələ də Moskvada verilməlidir. “Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyir?”, – deyə rəsmi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com