Rusiya Qüvvələri Ukraynanın silah anbarlarını dağıdıb?

Rusiya Qüvvələri Ukraynanın silah anbarlarını dağıdıb?

“Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə hərbi anbarını məhv edib?”. Təbii ki, rusların TASS agentliyinə istinad edən SİA Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun birtərəfli mövqeyi də yaddan çıxarılmamalıdır.

Qeyd edək ki, Konaşenkov Ukraynaya məxsus hərbi anbarların havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlarla məhv edildiyini bildirib.

“Ukrayna qoşunlarının Lisiçansk və Kramatorsk qəsəbələrində iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahı anbarı, Nadejdinka və Novoaleksandrovkada silah-sursat anbarları məhv edilib", - deyə Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ümumilikdə Ukraynanın 83 hərbi obyektinin vurulduğunu açıqlayıb.

Onların arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, üç raket və artilleriya anbarı, 68 hərbi texnika var.

Bütün xəbərlər Facebook səhifəmizdə