Məşhur aktyor evlənir -FOTOLAR

Məşhur aktyor Serkan Çayoğlu və yaxın dostu Bedri Güntay Etilerdə görüntülənib. Özge Gürellə evlənməyə hazırlaşan Serkan Çayoğlu jurnalistlərin toya görə layihələrini ləğv etmələri ilə bağlı iddialara cavab verib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Kiraz mevsimi” serialının çəkiliş meydançasında tanış olduğu və eşq yaşamağa başladığı Özge Güreli ilə evlənməyə hazırlaşan Serkan Çayoğlu, “Özge Gürellə evlilik hazırlıqlarına görə layihələri ləğv etdiyiniz xəbərləri var. Nə demək istərdiniz? sualına cavab verib:

”Bəli, toyla ziddiyyət təşkil etdiyi üçün layihəni ləğv etməli oldum. Daha yaxşı sürprizlərim var. Toy hazırlıqlarımız isə davam edir” deyib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə