Səyyar mətbəx yük maşını Ukraynaya çatıb

Səyyar mətbəx yük maşını Ukraynaya çatıb

Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra Fəlakət və Fövqəladə Halların İdarə Olunması Rəyasət Heyətinin (AFAD) Ukraynaya yardım məqsədi ilə göndərdiyi səyyar mətbəx yük maşını Ukraynaya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra bölgəyə yardım materialları göndərən AFAD-ın səyyar mətbəx maşını Lvov Baytarlıq Fakültəsi Sığınacaq Mərkəzi qarşısında fəaliyyətə başlayıb.

AFAD-dan verilən açıqlamada “Ölkəmizin Ukrayna xalqına yardım əlini uzadan səyyar mətbəx yük maşınımız Lvovda isti yemək paylanmasına başlayıb” deyilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə