Pakistanda təyyarə qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Pakistanda təyyarə qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində qəzaya uğrayıb və alovlanıb. SİA xəbər verir ki, təlim zamanı təyyarədə olan 2 pilot qəzaya uğrayaraq dünyasını dəyişib.

Hadisə yerinə sövq edilən xilasetmə qrupları qəzaya müdaxilə edib. Qəzanın səbəbləri ilə bağlı açıqlama verilməsə də, məsələni araşdırmaq üçün qrup yaradılıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə