Rusiya ordusu gecə saatlarında Ukraynanın Xarkov, Rivne və Makivka şəhərlərinə raket və döyüş təyyarələri ilə hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə Ukraynanın paytaxtı Kiyevə, bu gecə isə Ukraynanın Xarkov, Rivne və Makivka şəhərlərinə hücumlar təşkil edən Rusiya həm raket, həm də döyüş təyyarələri ilə hücumlar həyata keçirib. Gecənin ilk hücum xəbəri Rivne bölgəsindən gəldi.
Ukraynanın Donbass vilayətinin Makiivka şəhəri də raketlərlə hücuma məruz qalıb. Davam edən hücumların hərbi obyektlərə və ya mülki ərazilərə yönəldiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Donetskin Slovyansk şəhərinə də raket hücumları təşkil edildiyi öyrənilib. Rusiyanın ən çox hücum təşkil etdiyi Xarkov da bu gecə həm döyüş təyyarələri, həm də raketlərlə hücuma məruz qalıb. Xarkovda hücumlar hələ də davam edərkən, yerli media raketlərin bəzi yaşayış məntəqələrini vurduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB