Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutulub

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutulub

Rusiya kəşfiyyatı tərəfindən Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatı tərəfindən sui-qəsd hazırlayan komanda nəzarətə alınıb.
Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hədəfində olmaqda davam edir. Ujqorod şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sui-qəsd və kəşfiyyat qrupunun üzvü Ukrayna kəşfiyyatı tərəfindən təqib edilib.

Ukrayna Kəşfiyyatı qrupları tərəfindən tutulan şəxsin mənzilində tikilən çoxlu sayda sui-qəsd silahı, o cümlədən snayper nişangahları və səsboğucusu olan uzun lüləli tüfəng, bir ədəd kalaşnikov, çoxlu sayda silah səsboğucuları, qumbaraatan və çoxlu sayda müxtəlif diametrli mərmi və sursat götürülüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə