Rusiyanın Ukraynaya müdaxiləsinin 26-cı günündə Rusiya qüvvələri mülki əraziləri bombalamağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çeçenistan lideri Kadırovun Rusiyaya Ukrayna müharibəsində dəstək vermək üçün göndərdiyi əsgərlərin ölkələrinə qayıtdığını iddia edib.
Çeçenistan lideri Kadırovun Rusiyaya dəstək üçün Ukraynaya göndərdiyi əsgərlər yüzlərlə itki verdikdən sonra evlərinə qayıdıblar. Bildirilib ki, çeçen ordusu müharibənin ilk üç həftəsində böyük itki verib.
Çeçen əsgərlərinin Zelenskiyə sui-qəsd etmək üçün göndərildiyi iddia edilib. Bununla belə, Ukrayna hakimiyyəti Çeçenistan prezidenti Ramzan Kadırovun Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün göndərdiyi V batalyonun məhv edildiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB