Rus əsgərləri qəsəbədən çıxarılıb

Rus əsgərləri qəsəbədən çıxarılıb

Ukrayna ordusu Kiyevin Makariv rayonunu rus qüvvələrinin əlindən geri aldığını bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rus əsgərləri paytaxt Kiyevdən 60 kilometr qərbdə yerləşən qəsəbədən çıxarılıb. Kiyev ətrafındakı strateji əhəmiyyətli Makarivin geri alınması şimal-qərb cəbhəsində paytaxtı əhatə edən mühasirəni yarmaq deməkdir.
Qeyd edək ki, rayonda Rusiya artilleriyasının hücumu nəticəsində 7 nəfər həyatını itirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə