İstanbulda son həftələrdə təsirli olan yağış və qar öz bəhrəsini verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəndlərin doluluq nisbəti rekord səviyyədə artdı. Ümumi doluluq nisbəti 86% -ə yüksəlib, hətta Elmalı, Kazandere və İstrancalar bəndləri daşıb.
İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) məlumatlarına görə, Alibeyköy yüzdə 80, Büyükçekmece yüzdə 86, Ömerli yüzdə 90, Pabuçdere yüzdə 95, Terkos Barajı yüzdə 82 doludur. Terkos bəndinin daşmasına 90 santimetr qalıb. Bəndlərin daşması halında risk altında olan dərələr də açıqlanıb.
Dərələrin daşma ehtimalına qarşı xalqa müraciət edilib ki, dərə ətrafından uzaq durulsun.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB