ABŞ ekspertlərinin fikrincə, Ukraynada gözlədiyi sürətlə irəliləyə bilməyən Rusiya “B planı”nı işə salıb. Müvafiq olaraq, yeni prioritet Krımla Rusiyanı qurudan birləşdirməkdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, işğalın əvvəlində günlər ərzində Kiyevə girməyi və Volodimir Zelenski hökumətini rusiyayönlü bir rejimlə əvəz etməyi qarşısına məqsəd qoyan Rusiya, tez bir zamanda qələbə əldə edə bilmədiyinə görə ən azından cənubdakı kritik torpaqları qorumaq üçün yeni strategiyaya keçib.
ABŞ rəsmilərinin verdiyi xəbərə görə, Ukraynanın son üç həftədə göstərdiyi müqavimət Putini “B Planı”nı aktivləşdirməyə məcbur edib.
İndi məqsəd Kiyevi Krımdan, onu Rusiya ilə birləşdirən cənub dəhlizindən və Donbasın şərqindəki torpaqlarından imtina etməyə inandırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB