İraqın Mosul şəhərinin Ər-Rifai rayonunda kütləvi məzarlıq aşkarlanıb.
SİA bu barədə rus mətbuatına istinad edir.
Neynəva Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, mülki müdafiə qrupları kütləvi məzarlıqdan 143 meyitin qalıqlarını çıxarıb. Meyitlərin qalıqları Məhkəmə Tibb İnstitutuna təhvil verilib.
Kütləvi məzarlıqlarda ümumilikdə 6-12 min nəfərin meyitinin olduğu təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB