Aİ Ukraynaya 500 milyon avroluq hərbi yardım ayıracaq

Aİ Ukraynaya 500 milyon avroluq hərbi yardım ayıracaq

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayırmağa razılaşıblar.

SİA-nın əldə etdiyi məlumata görə, yekun qərar çərşənbə günü, martın 23-də veriləcək.

Qeyd edək ki, Ukraynaya əlavə 500 milyon avro yardımı təsdiqləmək üçün Aİ-yə 27 üzv dövlətin hamısının razılığı lazımdır, lakin Almaniyaya bu məsələyə martın 23-də baxılmasını planlaşdıran Bundestaqın rəsmi razılığı lazımdır.

Öz növbəsində Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell də Ukraynaya əlavə 500 milyon avro yardım ayrıldığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə