Yaponiyanın baş naziri Kişida Rusiyanın sülh müqaviləsini müzakirə etməkdən imtina etməsinə etiraz edib
Yaponiyanın baş naziri Fumio Kişida Moskvanın Yaponiya ilə sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarını “qəbuledilməz dərəcədə sərt” kimi dəyərləndirib.
Bu barədə SİA xəbər RİA Novosti-yə istinad edir.
Yaponiyalı nazir ərazi mübahisəsinin müzakirəsinə belə münasibəti qəbuledilməz adlandırıb. “Bu, son dərəcədə sərt, tamamilə əsassız və qəbuledilməzdir. Biz qəti etiraz edirik”, yapon siyasətçi Moskvanın qərarını şərh edib. Kişida Tokionun sülh müqaviləsinin bağlanması məsələsində mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavab verib. Siyasətçi qeyd edib ki, Yaponiya hələ də əvvəlki mövqeyinə sadiqdir. Eyni zamanda o, hesab edir ki, Ukraynadakı vəziyyətə görə Rusiya ilə dialoq mümkün deyil.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB