Kiyev vilayətinin Buçanski rayonundakı şəhər tipli Makarov qəsəbəsi ruslardan azad edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində məlumat verilib.
“Gün ərzində müdafiəçilərimizin qəhrəmanlıq hərəkətləri sayəsində Makarov şəhəri üzərində Ukraynanın dövlət bayrağı qaldırılıb, rus ordusu geri çəkilib”-məlumatda belə deyilir.
SİA “UNİAN”-a istinadən xəbər verir ki, ruslar Makarovu tutmaq üçün bir neçə dəfə cəhd ediblər.
Qeyd edək ki, Kiyev vilayət hərbi idarəsinin sədri Aleksandr Pavlyuk Makarovun Kiyev vilayətinin ən təhlükəli ərazilərindən biri olduğunu bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB