Pentaqonun rusların cinayətləri ilə bağlı sübutları...

Pentaqonun rusların cinayətləri ilə bağlı sübutları...

Rusiya qüvvələrini Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edən Pentaqon onların törətdiyi cinayətlərə dair sübutların toplanmasına kömək edəcəyini də bildirib.

SİA “Reuters” istinadən xəbər verir ki, Kreml müharibə zamanı düşünülmüş strategiyanın bir hissəsi kimi heç bir fərq qoymadan hücumlar həyata keçirir.

Məsələn, Pentaqonun sözçüsü Con Kirbi Rusiya qoşunlarının Ukraynada hərbi cinayətlər törətdiyinə dair aydın sübutlar əldə edildiyini və təmsil etdiyi qurumun bu istiqamətdə daha çox sübutlar toplanmasına kömək etdiyini də bildirib.

Belə ki, Kirbi təmsil olunduğu qurumda keçirilən brifinqdə rusların törətdikləri cinayət əməlləri ilə bağlı kifayət qədər əsaslı faktlara malık olduqlarını, ancaq Pentaqonun bununla əlaqədar qərar vermək hüququna malik olmadığını etitaf edib.

Xatırladaq ki, Pentaqon Rusiya prezidenti Vladimir Putin ordusunun hərbi uğursuzluqlarla üzləşdiyi üçün Ukraynanın mülki əhalisini bombalamaq əmri verdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə