Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Rusiya və Ukrayna arasında ilk məhbus mübadiləsini elan edib. SİA-nın əldə etdiyi məlumata görə, xəbəri RT yayımlayıb.
“...İlk mübadilə baş verdi ... Doqquz insanımız qaytarıldı. Onların bəziləri mənim müraciətlər yolu ilə tərtib etdiyim siyahıda olanlardır”, - deyə ombudsman bildirib.
Moskalkova da rus hərbçisinin Melitopol meri İvan Fedorovla dəyişdirilməsi ilə bağlı xəbərləri təsdiqləyib. O, tərəflərin proseduru gecikdirməyəcəyinə ümid etdiyini bildirib və əsir götürülənlərin tez bir zamanda evdə olmalarının vacib olduğunu xatırladıb.
Qeyd edək ki, bir müddət əvvəl İnsan Hüquqları üzrə Müvəkkil Ukraynada əsir düşən rus hərbçilərinin yaxınlarına onları ələ salan videogörüntülər göndərildiyini bildirmişdi. Bundan əlavə, ombudsman hərbi əsirlərlə bağlı ona 100-dən çox müraciət daxil olduğunu və bunların təxminən yarıdan çoxunun öz təsdiqini tapdığını bildirmişdi.
Bir daha xatırladaq ki, bu il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarına müraciətində Donbassda xüsusi hərbi əməliyyatın başlandığını elan edib. O, baş verənlərin məqsədini zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB