Macarıstan Rusiyaya qarşı enerji sanksiyalarını dəstəkləmir

Macarıstan Rusiyaya qarşı enerji sanksiyalarını dəstəkləmir

Macarıstan Avropa İttifaqının Rusiyadan neft və qaz tədarükü ilə bağlı sanksiyalarını dəstəkləməyəcək. Bunu jurnalistlərə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyyarto Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Berlində keçirilən görüşü zamanı deyib.

SİA bu barədə “rambler” saytına istinad edir.

“...Biz Macarıstanın enerji təchizatının təhlükəsizliyinə xələl gətirən sanksiyaları dəstəkləməyəcəyik”.

Qeyd edək ki, TASS xəbər agentliyi bunu macarıstanlı nazirin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, hazırda Macarıstan üçün Rusiya neft və qazından imtina etməsi ölkə hökumətinin keçməyəcəyi “qırmızı xətt”dir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Macarıstan hökuməti Rusiyanın enerji sektoruna qarşı tətbiq edilən sanksiyalara qoşulmaqdan imtina etdiyini bəyan edib.

Maraqlıdır ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto, ölkəsində “ehtimal edilən ağır yükü Macarıstan xalqının çiyninə atmayacağını” bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə