ABŞ prezidenti Bayden Avropa səfərinə Polşanı əlavə edib

ABŞ prezidenti Bayden Avropa səfərinə Polşanı əlavə edib

ABŞ prezidenti Co Bayden bu həftə NATO liderləri ilə Rusiya-Ukrayna müharibəsi gündəmi ilə Brüsseldə baş tutan sammitdən sonra Polşaya səfər edəcək.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki Baydenin bu həftəki Avropa səfərinə Polşaya səfərin əlavə edildiyini açıqlayıb.

Bayden 23 martda Brüsselə gedəcək və NATO sammitində, G7 sammitində, sonra isə cümə axşamı Avropa Şurasının sammitində iştirak edəcək.

Baydenin 25 martda Varşavaya gedəcəyi və şənbə günü Polşa prezidenti Anjey Duda ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, keçmiş Sovet istehsalı olan döyüş təyyarələrinin Ukraynaya göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb və nəhayət, Vaşinqton bu planın yarımçıq qaldığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə