"Avropa İttifaqının müdafiə strategiyası ümumavropa ordusunun mövcudluğunu nəzərdə tutmur və Avropa İttifaqı onu yaratmaq fikrində deyil”- RİA Novosti yazır.
SİA bu barədə “lenta.ru” saytına istinad edir.
Avropa diplomatiyasının rəhbəri bəyan edib ki, ümumavropa ordusunun yaradılması planı yoxdur, milli ordular isə qalacaq. Onlar daha sıx əməkdaşlıq edəcəklər. Avropa İttifaqı Şurası Strateji Kompas adlı yeni müdafiə strategiyası ilə bağlı razılığa gəlib. Layihədə dənizdə və quruda müntəzəm birgə təlimlərin keçirilməsi nəzərdə tutulur. Ekspertlərin qeyd etdiyi kimi, ölkələr birgə “ümumi müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində hərbi mobilliyi artıracaq, mülki və hərbi missiyaları gücləndirəcək”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB