“Patriot”lar Şərq cinahı üçün Slovakiyaya göndərilir

“Patriot”lar Şərq cinahı üçün Slovakiyaya göndərilir

Slovakiyanın müdafiə naziri Yaroslav Nad (Jaroslav Nad) Almaniya və Hollandiyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Slovakiyaya təhvilinin davam etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, sosial media hesabından verdiyi açıqlamada yazıb: “Almaniya və Hollandiyanın “Patriot” hava hücumundan müdafiə sistemləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun Şərq cinahını gücləndirmək üçün müvəqqəti olaraq Slovakiyaya göndərilib. Bu müdafiə sistemi Sliac şəhərindəki hava bazasında yerləşdirildikdən sonra ölkəyə 2100 NATO əsgəri göndəriləcək.

“Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyadakı Rusiya “S-300”ü əvəz etməyəcək, onunla birlikdə ölkənin hava məkanının mühafizəsini gücləndirəcək.

“S-300”lərin yaşı, texniki vəziyyəti və imkanlarına görə dəyişdirilməsi də planlaşdırılır. Slovakiyaya başqa hava hücumundan müdafiə sistemi verilərsə, əlimizdə olan “S-300”ləri Ukraynaya verməyə hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə