Ukraynada davam edən müharibə nəticəsində 115 uşaq ölüb

Ukraynada davam edən müharibə nəticəsində 115 uşaq ölüb

Fevralın 24-dən Ukraynada davam edən müharibə nəticəsində 115 uşaq ölüb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında deyilir.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanə daha 140 azyaşlı yaralanıb.

Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın ümumilikdə 489 təhsil müəssisəsinə zərər vurulub, onlardan 69-u tamamilə məhv edilib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə