Rusiya-Ukrayna münaqişədə həlak olan mülki şəxslərin sayı 847-yə yüksəlib
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, müharibənin başlamasından ötən 25 gün ərzində ən azı 3,3 milyon insan ölkəni tərk etməli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qaçqınların əksəriyyəti Polşa sərhədindən ölkəni tərk edib. Qalan 6,5 milyon mülki şəxs ölkə daxilində münaqişə zonalarından uzaq, daha təhlükəsiz istiqamətlərə səyahət edib. Təxminən 44 milyon əhalisi olan ölkədə 10 milyon vətəndaş məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin məlumatına görə, münaqişədə həlak olan mülki şəxslərin sayı 847-yə yüksəlib.
Ukraynada müharibənin ən sərt üzünün hiss olunduğu cənub liman şəhəri Mariupolda humanitar dəhlizlər sayəsində 40 min insan döyüş bölgəsindən qaça bilib. Bu da 430.000 əhalinin 10 faizini təşkil edir.
Kənardan gələn avtobusların evakuasiya üçün şəhərə daxil olmasına icazə verilmədiyi halda, 40 min insan 8 mindən çox şəxsi avtomobillə şəhəri tərk edib. Mariupol şəhər administrasiyasının məlumatına görə, işğal başlayandan indiyədək 2300 nəfər həyatını itirib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB