Türkiyə "Qalatasaray"ının ev oyunlarını keçirdiyi "NEF Stadionu" Ginnesin Rekordlar Kitabına düşüb. SİA İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, idman obyekti günəş enerjisi ilə işləyən ən güclü arena seçilib.
Qeyd edək ki, 2011-ci ildə yanvarın 11-də istifadəyə verilən "NEF Stadion"u 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 milyon avroya başa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB