Rəcəb Tayyib Ərdoğan yenidən bir ilkə imza atdı

Rəcəb Tayyib Ərdoğan yenidən bir ilkə imza atdı

Qurduğu rəqəmsal infrastrukturla texnologiyadakı hər inkişafda öncül olmağı hədəfləyən Türkiyə son illərdə ortaya çıxan "metaverse" , yəni virtual kainat anlayışını da bir forumda müzakirə edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün Ankaradakı "ATO Congresium"-da keçiriləcək Forum Metaverse-də virtual reallıq, süni intellekt kimi texnologiyaların istifadəsi ilə meydana gələn virtual kainata ulduz və aypara damğası vurmaq üçün atılacaq irəliləyişlər və s. AK Partiya İnformasiya və Kommunikasiya Texnologiyaları Başkanlığı tərəfindən təşkil edilən forum "Metaverse" anlayışının dünyada ilk dəfə bir prezidentin və bir siyasi partiyanın iştirakı ilə müzakirə ediləcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident Ərdoğanın da çıxış edəcəyi forumda “Metaverse və Həyat” və “Metaverse və Dəyərlər” adlı iki iclas keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə