Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi bu gün, martın 21-də Rusiya ilə danışıqların davam etdiriləcəyini təsdiqləyiblər.
SİA xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak da Rusiya ilə danışıqların bu gün səhər davam etdiriləcəyini bildirib.
Maraqlıdır ki, Rusiyanın "REN TV” saytı “Strana.ua”ya istinadən Podolyakın tərəflərin əvvəlki görüşlərinin son dərəcə gərgin keçməsi barədə dediklərini dırnaqda verib.
Əslində bunun nə məna kəsb etdiyi məlum olmasa da, amma məncə bu rusların ukraynalılara nümayiş etdirmək istədikləri “istehza” kimi qəbul edilməlidir(?).
Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirmişdi. O da maraqlıdır ki, Zelenskinin baş tuta biləcək görüşün uğursuz sonunclanmasının, üçüncü dünya müharibəsinin başlaması demək olacağını bildirməsi də, qarşı tərəfdən xüsusi bir istehza ilə təqdim edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB