Ruslar Kiyevi xarabalığa çevirirlər...

Ruslar Kiyevi xarabalığa çevirirlər...

Bu gecə Kiyevin atəşə tutulması nəticəsində artıq xarabalığa çevrilən şəhərin ticarət mərkəzi və dayanacaqda saxlanılan avtomobillər yanıb.

SİA “UNİAN” saytına istinadən xəbərin Fövqəladə Hallar Dövlət Xidməti tərəfindən yayımlandığını bildirir.

"Düşmənin atəşə tutması nəticəsində ticarət mərkəzinin dayanacağının 3 və 4-cü mərtəbəsində olan avtomobillər yanıb. Yanğının söndürülməsi davam edir", - məlumatda deyilir.

Qeyd olunur ki, 1500 kv.m sahəni əhatə edən yanğını söndürmək üçün 37 xilasedici məşğul olur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə