"Ukraynaya daha çox hərbi yardım göstərilməlidir"

"Ukraynaya daha çox hərbi yardım göstərilməlidir"

“...Ukrayna üzərində uçuşa qadağa zonası yerüstü hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə yaradıla bilər”.

Bildirək ki, bu fikirləri amerikalı siyasətçi, Kentukki ştatından ABŞ senatoru seçilən Mitç Makkonne bildirib.

SİA bu barədə “Ura.ru” saytına istinad edir.

Deməli, Makkonelin sözlərinə görə, bunu silah sistemlərinin - Kiyevə döyüş zamanı hava məkanına nəzarət etmək şansı verəcək yerüstü hava hücumundan müdafiə sistemlərinin köməyi ilə etmək olar. Belə olan halda Ukrayna hava məkanına nəzarət etməyə çalışan təyyarələri və digər vasitələri vura biləcək.

Maraqlıdır ki, amerikalı senator da həmkarları kimi, Ukraynaya daha çox hərbi yardım göstərməyin tərəfdarı kimi çıxış edir. Onun fikrincə, ABŞ Konqresi də bu istiqamətdə işləməlidir və Makkonel qeyd edib ki, ABŞ Konqresi lazım gələrsə, Ukraynaya daha çox hərbi yardım göstərməlidir. "əgər onların daha çox silaha ehtiyacı varsa, biz bunu təmin etməliyik.

Xatırladaq ki, bundan bir qədər əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ ordusunun Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirmişdi. Qeyd edək ki, o bunu ABŞ prezidenti Cozef Baydenin bir müddət bundan əvvəl söylədiyi “Birləşmiş Ştatların Ukraynadakı münaqişəyə qarışmayacağını” əsas tutaraq bildirmişdi.

Bundan əlavə, Ostin onu da bildirmişdi ki, Kiyevin dəfələrlə xahiş etdiyi Ukrayna ərazisi üzərində uçuşa qadağa zonasının yaradılması ABŞ-ın baş verənlərdə birbaşa iştirakı demək olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə