Ukrayna paytaxtına raket zərbəsi endirilib, ölənlər var
Kiyevin Podolski rayonunda bir neçə partlayış səsi eşidilib.
SİA UNİNA-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram"da məlumat verib.
"Paytaxtın Podolski rayonunda bir neçə partlayış baş verib. Verilən məlumata görə,hadisə yaşayış evlərinin və ticarət mərkəzlərinin olduğu ərazidə baş verib", - deyə o bildirib.
Məlumata görə, partlayışlar nəticəsində yanğın başlayıb. İndiyədək bir nəfərin öldüyü bildirilir.
Kliçkonun sözlərinə görə, xilasedicilər, həkimlər və polis artıq hadisə yerindədir.
Digər mətbu orqanlar isə Rusiyanın Ukraynanın paytaxtına raket zərbəsi endirdiyini xəbər verib.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB