Serbiyanın Niş şəhərində ekoloqlar ölkədə litium və bor hasilatının qadağan olunması tələbi ilə etiraz aksiyalarını davam etdirirlər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin bir çox şəhərindən gələn etirazçıların iştirakı ilə keçirilən aksiyada nümayişçilər mədən hasilatı ilə bağlı yeni lisenziyaların verilməməsini tələb ediblər. Aksiyaçılar litium və bor hasilatının tamamilə qadağan edilməsini, ölkədə ekoloji məhvin qarşısının alınmasını istəyirlər. Həmçinin parlamentin mədənçiliklə bağlı qanun qəbul etməsi də tələb olunub.
Qeyd edək ki, Serbiyada ekoloqlar yanvarın 30-dan etiraz aksiyaları keçirirlər. Ölkədə litium və bor hasilatı ilə bağlı ümumilikdə 70 yeni lisenziyanın verilməsi planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl ölkə boyu keçirilən aksiyalardan sonra Serbiya hökuməti etirazçıların tələbini qəbul edib və “Rio Tinto” beynəlxalq mədən şirkətinin lisenziyası ləğv olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB