Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak Londonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sadə britaniyalıları vuracağını bildirib.
SİA bu barədə “vestikavkaza” saytına istinad edir.
"Rusiya ilə bağlı atdığımız addımlar təbii ki, bizim özümüzə də təsirsiz ötüşməyəcək. Mən bunun asan olacağını, hökumətin hər bir çətinliyin öhdəsindən gələcəyini və ya xalqı çətin günlərdən tam şəkildə qoruya biləcəyimi söyləməyə cəsarət etmirəm. Bütün bunlar, qarşıdadır”.
Qeyd edək ki, “Lenta” bu fikitlərin ingilis maliyyə nazirinə aid olduğunu bildirir.
Sunak bildirib ki, bir həftə ərzində 400 Rusiya vətəndaşı Böyük Britaniyanın sanksiya siyahısına daxil edilməklə yanaşı, Rusiya mallarının idxalı üçün gömrük tarifləri də artırılıb.
Xatırladaq ki, daha əvvəl Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Truss Londonun Rusiyanın tam sanksiyalarla təcrid olunmasına çalışacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB