İran “sanksiyalı neftinə” alıcı tapıb?

İran “sanksiyalı neftinə” alıcı tapıb?

İranın neft naziri Cavad Oci bu gün bildirib ki, Tehran ABŞ-ın sərt ekstraterritorial sanksiyalarına baxmayaraq, neft tədarükü üçün yeni müqavilələr bağlamağa nail olub.

"Biz bütün potensialımızdan istifadə etdik və yeni müqavilələr imzaladıq. Yeni alıcılarımız neft emalı zavodlarına sahibdirlər və nefti daimi olaraq bizdənalacaqlar".

SİA xəbər verir ki, IRNA agentliyi Ocinin sözlərindən sitat gətirib.

Oci onu da xatırladıb ki, İran hazırda gündə təxminən 1 milyard kubmetr təbii qaz və 3,8-3,9 milyon barel xam neft hasil edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə