Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 20 və 21-ində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdə olacaq. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, M.Çavuşoğlu 20-21 mart tarixlərində BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah ibn Zayed əl-Nəhyanın dəvəti ilə BƏƏ-yə gedir. O, XVI BƏƏ Səfirlər və Diplomatik Missiya Nümayəndələri Forumunda fəxri qonaq kimi iştirak və çıxış edəcək.
Türkiyə nazirinin səfəri çərçivəsində BƏƏ-li həmkarı ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə etməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB