Çin bu ilin iki ayında avtomobil ixracını 75% artırıb

Çin bu ilin iki ayında avtomobil ixracını 75% artırıb

2022-ci ilin yanvar-fevral aylarında Çində yığılan avtomobillərin ixrac həcmi 412 min ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxdur. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Çin avtomobil sənayesi assosiasiyasının hesabatında yer alıb.

Rəsmi məlumatlara əsasən, sərnişin avtomobilləri ixracı illik ifadədə 84 faiz artaraq 331 min ədədə çatıb. Təkcə fevral ayında xarici bazara Çində yığılan 180 min avtomobil çıxarılıb – artım illik ifadədə 60,8 faizdir. Lakin yanvar ayı ilə müqayisədə bu göstərici 29 faiz azalıb.

2021-ci ildə Çinin avtomobil ixracı iki dəfə artaraq 2,02 milyon ədədə çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə