Yaponiya Qana vә Kameruna ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrәcәk

Yaponiya Qana vә Kameruna ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrәcәk

Yaponiya yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə çәrçivәsindә Qana və Kameruna peyvәnd göndərəcək.

SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Yaponiya epidemiya ilə mübarizədə Afrika ölkələrinə dəstək vermәyә davam edir.

Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi COVAX mexanizmi vasitәsilә Qanaya 310 min doza, Kameruna isə 70 min doza peyvәnd göndәrilәcәk.

Açıqlamada qeyd olunub ki, 30 milyon əhalisi olan Qana və 26 milyon əhalisi olan Kameruna tədarük bu həftə sonu hava yolu ilə təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə